İQTİSADİYYAT
Sentyabrın 4-də respublikanın və Bakının bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq
Bakı, 3 sentyabr, AZƏRTAC
Sentyabrın 4-də saat 10-dan 18-dək “Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Nardaran” və Astara magistral qaz kəmərləri sahəsinin “Masallı” və “Ovçubərə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Masallı rayonunun mərkəzi hissəsi də daxil olmaqla rayonun Qızılavar, Qəyəgöl, Ərkivan, Qəriblər və Musaküçə, Biləsuvar rayonunun Ovçubərə, Ağalıkənd, Amankənd, Əsgərabad, Aşağı Cürəli, Yuxarı Cürəli və Təzəkənd kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılan işlərin Bakının Sabunçu rayonunun Nardaran və Maştağa qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]