CƏMİYYƏT


Sentyabrın 5-dək dərsliklərin şagirdlərə paylanılması planlaşdırılır

A+ A

Bakı, 24 avqust, AZƏRTAC

2016-2017-ci tədris ili üçün çap edilən dərsliklərin yerlərə çatdırılması prosesi artıq yekunlaşıb. Dövlət ümumtəhsil müəssisələri tərəfindən sentyabrın 5-dək dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi, şagird sayının artması və birinci sinfə gedəcək şagirdlərin sayının 100 faiz dəqiqliklə proqnozlaşdırılmasının mümkünsüzlüyü bəzi məktəblərdə dərsliklərlə təminatda müəyyən çətinliklər yarada bilər. Bu səbəbdən şagirdlərin vaxtında dərsliklərlə təminatı üçün şagirdlərdən və onların valideynlərindən sentyabrın 5-dək təhsil aldıqları məktəbə müraciət edərək dərsliklərin əldə edilməsi xahiş olunur. Hansısa səbəbdən şagirdlərin dərsliklərlə təminatında çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir. Yaranmış problem məktəb rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən sentyabrın 15-dək həllini tapacaq.

Dərsliklərin əldə edilməsi üçün məktəblərə vaxtında edilən müraciətlər dərslik təminatında yarana biləcək problemləri operativ şəkildə aradan qaldırmağa imkan verəcək.

Şagirdlərin və valideynlərin nəzərinə bir daha çatdırılır ki, hər bir dərsliyin istifadə müddəti dörd ildir. Onlar dərsliklərin qorunmasına, səliqəli şəkildə istifadəsinə və dərs ilinin sonunda yeni istifadəçiyə ötürülməsinə qayğı ilə yanaşmalıdırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.