CƏMİYYƏT


Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür.

UNESCO tərəfindən 1965-ci ildə elan olunan bu əlamətdar günün qeyd olunmasında məqsəd savadlılığın insanlar, icmalar və ümumilikdə, cəmiyyət üçün faydalılığına diqqəti cəlb etməkdir. Savadlılıq inkişaf və tərəqqinin əsas təməlidir.

Təəssüf ki, əldə olunan inkişafa baxmayaraq bu gün dünyada savadsızlıq milyonlarla insanı əhatə edir. Beynəlxalq Savadlılıq Gününün məqsədi də bu vacib məsələni daim diqqətdə saxlamaqdır.

Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır və bu qayğının nəticəsidir ki, indi ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir, təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb.

Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Son illərdə Azərbaycanda yeni məktəb binaları tikilib, əsaslı təmir olunub. Şagirdlərin dərsliklərlə pulsuz təminatı, azərbaycanlı gənclərin xarici ölkələrin ən nüfuzlu ali məktəblərində təhsil almaq imkanlarının artırılması, elm adamlarına, təhsil işçilərinə diqqət və qayğı dövlətin bu sahəni daim diqqətdə saxlamasının göstəricisidir.

Ölkəmizin təhsil sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi isə Azərbaycanın bu sahədə də dünyanın lider ölkələri sırasında olduğunu göstərir.

Beynəlxalq Savadlılıq Günü isə bir həqiqəti bir daha bütün insanlara xatırladır: “Savadlılıq cəmiyyətin qarşısında bütün qapıları aça bilən açardır, dünyada heç bir ölkə savad olmadan inkişaf edə bilməz”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.