İDMAN


Sərbəst güləş üzrə Azərbaycan millisi dünya çempionatında üçüncü yeri tutub

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC 

Tbilisidə keçirilən yeniyetmə güləşçilərin dünya çempionatında Azərbaycan yığma komandası üçüncü yeri tutub. Güləşçilərimiz turniri 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, qızıl medalı yığmamıza 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Abubakir Abakarov qazandırıb. Mahir Məmmədzadə (42 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətlənməli olub. Bürünc medallara isə İnal Jopua (63 kq) və Asxab Həmzətov (100 kq) layiq görülüblər.

Yığma komandamız çempionatda böyük məşqçi Arif Abdullayevin və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə mübarizə aparıb.

Komanda hesabında 47 xal toplayan yığmamız dünya çempionatını üçüncü sırada tamamlayıb. Rusiya millisi (69 xal) birinci, ABŞ yığması (67 xal) isə ikinci yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.