REGİONLAR


Sərbəst güləş üzrə Babək rayon birinciliyinə yekun vurulub

Babək, 3 dekabr, AZƏRTAC

Babək rayonunun Zeynəddin kənd tam orta məktəbinin idman zalında sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, Babək rayon Uşaq-Gənclər İdman Məktəbi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi birincilikdə 40-dək güləşçi mübarizə aparıb.

Yarışdan əvvəl çıxış edən rayon Təhsil Şöbəsinin əməkdaşı Müslüm Vəliyev, Uşaq-Gənclər İdman Məktəbinin direktoru Emin Hüseynov və baş hakim İlyas Həsənov yarışın qaydaları barədə məlumat verərək bildiriblər ki, yarışın keçirilməsində məqsəd sərbəst güləş növünün kütləviliyini artırmaq, şagirdlərin fiziki sağlamlığını təmin etməkdir.

Birincilikdə komandalar 10 çəki dərəcəsində (32, 35, 42, 46, 54, 58, 63, 69, 76, 85 kiloqram) mübarizə aparıblar. Birinciliyin yekun nəticəsinə əsasən, Zeynəddin kəndinin güləş komandası birinciliyin qalibi adını qazanıb. Digər iki pillədə isə Cəhri və Şıxmahmud kəndlərinin komandaları qərarlaşıblar.

Sonda qalib komandalara diplom və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.