REGİONLAR


Sərbəst güləş üzrə muxtar respublika birinciliyi başa çatıb

A+ A

Naxçıvan, 29 oktyabr, AZƏRTAC

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş kişilər arasında sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi və iki gün davam edən birincilikdə 60-dan çox güləşçi mübarizə aparıb.

Yekun nəticələrə görə 57, 61, 65, 70, 74, 86, 97 və 125 kiloqram çəki dərəcələrində müvafiq olaraq Murad Quliyev, Sadiq Səfərov, Ural Hüseynov, Məhərrəm Quliyev, Məzahir İsmayılov, Salam Qəribov, Elməddin Abdullayev və Bahadur Əhmədov birinciliyin qalibi adını qazanıblar.

Qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.