İDMAN
Sərbəst güləşçilərimiz Avropada ikinci olublar
Bakı, 29 iyun, AZƏRTAC
Almaniyanın Dortmund şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, ilk iki yarış günündə mübarizə aparan sərbəst güləşçilərimiz çempionatı 3 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.
Qızıl medalları yığmamıza Əfqan Xaşalov (55 kq), Əli Rəhimzadə (60 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) qazandırıblar. Yalnız final görüşündə uduzan Şahin Muxtarov (50 kq) və Mahal Novruzov (66 kq) gümüş, Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) isə bürünc medal əldə ediblər.
Bu nəticə ilə yığmamız çempionatı komanda hesabında 58 xalla ikinci pillədə tamamlayıb. 67 xal toplayan Rusiya birinci, 52 xal toplayan Gürcüstan isə üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, ötənilki analoji yarışda sərbəst güləşçilərimiz 2 qızıl və 4 bürünc medalla komanda hesabında üçüncü olmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]