İDMAN
Sərbəst güləşçilərimiz Dağıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
Bakı, 1 iyul, AZƏRTAC
İyulun 3-5-də Rusiya Federasiyasının Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnirdə sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvləri iştirak edəcəklər.
Məşqçilər David Kurtsiya, Arif Abdullayev və Siracuddin Eldarovun rəhbərliyi ilə böyüklərdən və gənclərdən ibarət yığma komandanın 21 üzvü turnirdə qüvvəsini sınayacaq. Yarışda Ruslan Qasımov, Mircəlal Həsənzadə, Ruslan Surxayev, Pərviz İbrahimov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov, Qalib Əliyev, Cəlal Süleymanov, Ağahüseyn Mustafayev (hamısı 61 kq), Məhəmməd Müslümov, Coşqun Əzimov (hər ikisi 65 kq), Hacımurad Ömərov, Qitinomaqomed Hacıyev (hər ikisi 70 kq), Əşrəf Əliyev, Mircəfər Murtuzlu, Məhəmmədhacı Muxutov (hamısı 74 kq), Aleksandr Qostiyev, İbrahim Yusubov (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq), Əli İsayev, Əli Maqomedabirov və Aslan Dzebişov (hamısı 125 kq) mübarizə aparacaqlar.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.