İDMAN
Sərbəst güləşçilərimiz Olimpiada öncəsi son təlim-məşq prosesində iştirak edirlər
Bakı, 12 avqust, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışları avqustun 19-21-də keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında sərbəst güləş yarışlarında Hacı Əliyev (57 kq), Toğrul Əsgərov (65 kq), Cəbrayıl Həsənov (74 kq), Şərif Şərifov (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) mübarizə aparacaqlar.
Proqrama əsasən, avqustun 19-da 57, 74 kq, bir gün sonra 86, 125 kq, son yarış günündə isə 65 və 97 kiloqram çəkidə sərbəst güləşçilər yarışacaqlar.
Hazırda güləşçilərimiz Rio-de-Janeyroda təlim-məşq toplanışında iştirak edirlər.