İDMAN


Sərbəst güləşçilərimiz Olimpiya mükafatçısının turnirində iştirak edəcək

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC 

Oktyabrın 22-də Rusiya Federasiyası Dağıstan Respublikasında Pekin Olimpiadasının mükafatçısı Yusup Abdusalamovun mükafatı uğrunda sərbəst güləş üzrə sayca VII açıq respublika turniri start götürəcək.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnirdə sərbəst güləş üzrə yığma komandanın üzvləri iştirak edəcək. Gənclərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Əsgərxan Novruzovun rəhbərliyi ilə Dağıstana 12 idmançı yollanıb.

Heyətdə Mahir Əmiraslanov, Pərviz İbrahimov, Arif Hüseynov (hər üçü 57 kq), Orxan Nəsirov, Mahal Novruzov, Qüdrət Ağayev, Elçin Vəliyev, Əmrah İlyaslı (65 kq), Cəbrayıl Həsənov, Mircəfər Murtuzlu (74 kq), Roman Bəkirov (97 kq) və Umar İsrailov (125 kq) yer alıblar.

Proqrama əsasən, 57, 74 və 125 kiloqram çəki dərəcələrində idmançılar oktyabrın 22-də, 65, 86 və 97 kiloqram çəki dərəcələrində pəhləvanlar isə oktyabrın 23-də xalça üzərinə çıxacaqlar.

Pekin Olimpiadasının mükafatçısı Yusup Abdusalamovun mükafatı uğrunda sərbəst güləş üzrə sayca VII açıq respublika turnirinə oktyabrın 23-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.