İDMAN


Sərbəst güləşçilərimiz beşqat dünya çempionunun xatirə turnirində iştirak edəcəklər

Bakı, 5 iyul, AZƏRTAC 

İyulun 7-8-də Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə sərbəst güləş üzrə 48-ci beynəlxalq turnir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, turnirdə baş məşqçi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında yığma komandamızın 16 üzvünün iştirak etməsi planlaşdırılıb. Heyətdə Georgi Edişeraşvili, Mahir Əmiraslanov, Mircəlal Həsənzadə, Pərviz İbrahimov (hamısı 57 kq), Qalib Əliyev, Əhmədnəbi Qvarzatilov (hər ikisi 61 kq), Coşqun Əzimov, Məhəmməd Müslümov, Ağahüseyn Mustafayev (hamısı 65 kq), Murtuz Müslümov, Ruslan Dibirhacıyev, Hacımurad Ömərov (hamısı 70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (hər ikisi 86 kq) və Aslanbek Alborov (97 kq) yer alıblar.

Yarışın proqramına əsasən, ilk günündə 57, 65, 74, 97, ikinci yarış günündə isə 61, 70, 86 və 125 kiloqram çəkidə güləşçilər mübarizə aparacaqlar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Rövşən Azadov təmsil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.