İDMAN


Sərbəst güləşçilərimiz dünya kuboku yarışlarının bürünc medalına sahib olublar

A+ A

Bakı, 17 fevral, AZƏRTAC 

Fevralın 17-də İran İslam Respublikasının Kirmanşah şəhərində böyüklər arasında sərbəst güləş üzrə dünya kuboku yarışları başa çatıb.

AZƏRTAC xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə “A” yarımqrupunda mübarizə aparıb.

İlk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4:4 hesablı bərabərliklə bitiriblər. Ancaq xalların keyfiyyətinə görə, 32:29 hesabı ilə öndə olan yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.

Yarımqrupun son görüşünü komandamız ABŞ idmançılarına qarşı keçirib. Ümumi hesab 4:4 olsa da, texniki xallara görə, 20:14 hesabı ilə üstün ABŞ idmançıları finala yüksəliblər.

Yığmamız digər yarımqrupun ikincisi olan Türkiyə komandası ilə üçüncü yer uğrunda görüşə çıxıb. Rəqibə 7:1 hesabla qalib gələn güləşçilərimiz dünya kubokunu üçüncü sırada tamamlayıb və bürünc medala sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.