İDMAN
Sərbəst güləşçilərimiz hazırlıqlarını Kislovodskda davam etdirirlər
Bakı, 25 mart, AZƏRTAC
Güləş yığmalarımız 2017-ci ilin təqvim planına uyğun olaraq qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını davam etdirir.
AZƏRTAC xəbər verir ki, sərbəst güləş üzrə yığma komandamız Rusiya Federasiyasının Kislovodsk şəhərində təlim-məşq toplanışındadır.
Yığma komandanın baş məşqçisi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və Sadruddin Ayqubovun rəhbərliyi altında yığma komandanın 25 üzvü Kislovodskda hazırlıq keçir.
Təlim-məşq toplanışı aprelin 1-dək davam edəcək. Toplanışdan sonra yığma komandamızın üzvləri Bolqarıstanda keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [16:11]
“Qarabağ”ın futbolçusu Azərbaycan millisinin heyətindən çıxarılıb
- 19.03.2024 [15:02]
Almaniyalı futbolçu mövsümün sonunda karyerasını bitirmək istəyir
- 19.03.2024 [14:22]
“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb
- 19.03.2024 [13:08]
“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb
- 19.03.2024 [13:01]
Fransalı tennisçi oyun zamanı huşunu itirib
- 19.03.2024 [13:00]
Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb
- 19.03.2024 [12:05]