İDMAN


Sərbəst güləşçilərimiz yarımfinala vəsiqə qazanıblar

Bakı, 19 may, H.Mahmudova, S.Allahverdiyeva, AZƏRTAC

Mayın 19-da IV İslam Həmrəyliyi Oyunlarının güləş yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, yarışların üçüncü günündə 57, 65, 74 və 97 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Məhəmməd Müslümov (65 kq) ilk olaraq Kot d`İvuar güləşçisi Açi İnnocent Abbe üzərində 11:0 hesabı ilə qalib gəlib. İdmançımız daha sonra Qvineya-Bisau təmsilçisi Cumba Mabaliyə qarşı görüşü tam üstünlüklə başa vuraraq yarımfinala yüksəlib.

Yarışda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Mahir Əmiraslanov kamerunlu Tambi Nforsonqu tam üstünlüklə vaxtından əvvəl - 1 dəqiqə 41 saniyə ərzində məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Cəbrayıl Həsənov (74 kq) isə ilk qarşılaşmasında İran təmsilçisi Peyman Yarahmadiyə 1:3 hesabı ilə məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.