MƏDƏNİYYƏT
Serbiya “Eurovision” mahnı müsabiqəsinə qayıdır
Bakı, 2 oktyabr (AZƏRTAC). Serbiya “Eurovision-2015” mahnı müsabiqəsində təmsil olunacaq.
AZƏRTAC mahnı müsabiqəsinin saytına istinadla xəbər verir ki, Serbiya ifaçısı üçün mahnını ölkəni bu yarışmada 2007-ci ildə yazdığı “Molitva” mahnısı ilə qalib etmiş Vladimir Qraiç bəstələyəcək. Bəstəkarın sözlərinə görə, o, üç müxtəlif ifaçı üçün ayrılıqda mahnılar yazacaq.
Xatırladaq ki, Serbiya “Eurovision” mahnı müsabiqəsində sonuncu dəfə 2013-cü ildə təmsil olunub.
Avstriyanın Vyana şəhərində keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]