RƏSMİ SƏNƏDLƏR


Serbiya Respublikası Hökumətinin sədri Aleksandr Vuçiçdən

A+ A

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Dövlət bayramınız – Azərbaycan Respublikasının Müstəqilliyi Günü münasibətilə Serbiya Respublikasının Hökuməti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizə və dost Azərbaycan xalqına hərtərəfli tərəqqi arzularımı bildirirəm.

Əminəm ki, ölkələrimiz arasında ənənəvi yaxşı münasibətlər və əməkdaşlıq Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında bütün sahələrdə qarşılıqlı maraq doğuran strateji əlaqələrin və tərəfdaşlığın daha da möhkəmlənməsinə şərait yaradacaq.

Cənab Prezident, Sizə olan çox dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

 

Aleksandr Vuçiç

Serbiya Respublikası Hökumətinin sədri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır