Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə Serbiya Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza tərəqqi, rifah diləyirəm.

Bizim son görüşlərimiz xalqlarımız arasında səmimi dostluğun, Serbiya Respublikası ilə Azərbaycan Respublikasının tərəqqisi və sabitliyi naminə strateji əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsində birgə marağın mövcudluğunu bir daha təsdiq etdi.

Sizin rəhbərliyiniz ilə dost Azərbaycanın Serbiyanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyinə görə Zati-alinizə təşəkkürümü bildirirəm.

Belqrad şəhərində növbəti görüşümüzü səbirsizliklə gözləyir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm.

Cənab Prezident, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Tomislav Nikoliç

Serbiya Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin