MƏDƏNİYYƏT
Serbiyada “Azərbaycanın tanınmış qadınları/Serb xalqının tanınmış qadınları” adlı kitab nəşr edilib
Belqrad, 6 avqust, AZƏRTAC
Serbiyada Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Zərifə Əlizadə və Lalə Məcidovanın müəllifi olduğu “Azərbaycanın tanınmış qadınları/Serb xalqının tanınmış qadınları” adlı kitab nəşr etdirilib. Kitab serb (Znamenite žene Azerbejdžana) və Azərbaycan (Serb xalqının tanınmış qadınları) dillərindədir.
Şəkillərlə zəngin olan kitabda hər iki xalqın tanınmış qadın şəxsiyyətlərindən bəhs olunur. Azərbaycan və Serbiyanın tarixində öz ölkələrinin ictimai həyatına, mədəniyyətinə və elminə böyük töhfə vermiş bir çox qadınlar vardır. Onlarla tanışlıq oxucular üçün Serbiya və Azərbaycanın tarixini, mədəniyyətini və milli mənəvi dəyərlərini daha yaxşı anlamaq imkanı yaradır.
Kitabın müəlliflərindən Z.Əlizadə Serbiyanın NoviSad İncəsənət Akademiyasının professoru, L.Məcidova isə filologiya üzrə fəlsəfə elmləri doktoru, Azərbaycan Dillər Universitetinin dosentidir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad