Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Serbiyada, Bosniya və Herseqovinada, Monteneqroda Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib VİDEO

Belqrad, 27 fevral, AZƏRTAC

Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı fevralın 24-dən 26-dək Azərbaycanın Serbiyadakı səfirliyi, eləcə də Bosniya və Herseqovinadakı, Monteneqrodakı diplomatik nümayəndəlikləri tərəfindən silsilə tədbirlər keçirilib.

Əvvəlcə səfirliyimiz və nümayəndəliklərimiz tərəfindən hazırlanmış pres-relizlər, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) bəyanatı, ölkəmizin dini icma liderlərinin “Dünya dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə” birgə müraciətləri Serbiyanın, Bosniya və Herseqovinanın, Monteneqronun dövlət orqanlarına, parlamentlərinə, qeyri-hökumət təşkilatlarına, bu ölkələrdə fəaliyyət göstərən səfirliklərə, beynəlxalq təşkilatların nümayəndəliklərinə və KİV-lərə göndərilib. Bununla yanaşı, səfirliyimizin dəstəyi ilə Serbiya mətbuatında Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Azərbaycan Parlamentinin deputatı: ədalət axtarışında Serbiyaya müraciət”, Belqrad Universitetinin tələbəsi Şahin Hacıyevin “Separatçılıq fəaliyyətdə: Azərbaycanın Xocalı faciəsi” sərlövhəli məqalələri dərc edilib.

Həmçinin səfirliyimizin və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, bu ölkədə yaşayan soydaşlarımızın təşəbbüsü ilə şəhərdə yerli əhalinin və xarici qonaqların daha sıx toplaşdığı məkanlarda “Light a Fire to Fight the Liar” şüarı ilə tədbirlər keçirilib. Tədbirdə Xocalı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq şamlar yandırılıb. Eyni zamanda, tədbir iştirakçıları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya ədalət” beynəlxalq təbliğat kampaniyası çərçivəsində imzalanan petisiyaya qoşulmağa dəvət edilib. Belqrad sakinləri, həmçinin serb və ingilis dillərində fəaliyyət göstərən www.xocali.rs və www.khojaly.rs internet səhifələri haqqında məlumatlandırılıblar.

Növbəti anma mərasimi isə fevralın 26-da Azərbaycanın Serbiyadakı səfirliyində təşkil olunub. Mərasimdə Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan Ticarət Palatasının rəhbərliyi və üzvləri, bu ölkədə yaşayan Azərbaycan icmasının nümayəndələri və təhsil alan tələbələrimiz, yerli ictimaiyyətin və Belqrad şəhərinin müsəlman icmasının təmsilçiləri iştirak ediblər.

Səfir Eldar Həsənov tədbirdə çıxış edərək erməni millətçilərinin vaxtaşırı dövlətimizə və xalqımıza qarşı əsassız ərazi iddiaları və həyata keçirdikləri cinayətlərdən danışıb. O, Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib. Xocalı soyqırımını törədənlərin cəzalandırılmasının labüd olduğunu deyən səfir həmin şəxslərin ya dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə, yaxud da beynəlxalq məhkəmədə mühakimə olunacaqlarına əminliyini vurğulayıb.

Sonra tədbir iştirakçılarına Serbiya parlamentinin konstitusiya və qanunvericilik komitəsinin yekdilliklə qəbul etdiyi qərara əsasən 2013-cü il fevralın 25-də Serbiya parlamentinin gündəliyinə “Beynəlxalq hüquqa riayət olunması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Qətnamə” layihəsinin daxil edildiyi barədə məlumat verilib, bu təşəbbüsün Azərbaycan və Serbiya arasında təşəkkül tapmış dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bariz nümunəsi olduğu qeyd edilib.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı soyqırımı” sənədli filmi nümayiş olunub və bu faciəni əks etdirən fotostend nümayiş etdirilib.

Sonda tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və səfirliyimizin təşəbbüsü ilə serb dilinə tərcümə olunmuş “Qarabağ həqiqətləri” bukletlər toplusunun, eləcə də Quram Marxuliya və Şəbnəm Nuriyevanın “Əzabkeş Ermənistan: mif və reallıq” kitabının nüsxələri paylanılıb.

Bosniya və Herseqovinada təşkil edilmiş tədbirlər çərçivəsində bu ölkənin rəsmiləri, nüfuzlu elm və mədəniyyət xadimləri, Azərbaycan və Türkiyə diasporlarının üzvləri Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə Sarayevoda əsaslı təmir və bərpa edilmiş “Dostluq parkı”nda bu ölkədə 1992-1995-ci illər müharibəsinin və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Abidə önünə əklil qoyan tədbir iştirakçıları faciə qurbanlarının xatirələrini bir dəqiqəlik sükutla yad ediblər. Kompleks önündə Bosniya və Herseqovina-Azərbaycan Dostluq Assosiasiyasının və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin birgə hazırladıqları Xocalı soyqırımı qurbanlarına həsr edilmiş əbədi-bədii kompozisiya nümayiş olunub.

Həmçinin Beynəlxalq Sarayevo Universitetində bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ali məktəblərin tələbə və müəllimləri, KİV-lərin və yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə anım tədbiri keçirilib.

Diplomatik nümayəndəliyimizin müşaviri İsmayıl Cəfərov tədbirdə çıxış edərək Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın XX əsrin ən dəhşətli, amansız və qanlı cinayətlərindən biri olduğunu deyib. Azərbaycan və Bosniya və Herseqovina xalqlarını birləşdirən səciyyəvi xüsusiyyətlərdən danışan diplomat bildirib ki, hər iki xalq bənzər faciələr yaşayıb. Bu xüsusda, Sarayevoda Azərbaycan-Bosniya və Herseqovina dostluq parkında Srebrenitsa və Xocalı faciələrini də özündə əks etdirən abidə kompleksinin yaradıldığı qeyd olunub.

İ.Cəfərov bu ölkənin parlamentinin 2013-cü ildə məhz Xocalı soyqırımının baş verdiyi günə təsadüf edən iclasında Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımı ilə bağlı “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması”na dair mütləq səs çoxluğu ilə qəbul edilmiş qətnaməyə görə Bosniya və Herseqovina xalqına, dövlətinə və parlamentinə minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən natiqlər Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlılara qarşı törətdiyi vəhşiliyi XX əsrin ən ağır cinayətlərindən biri olduğunu diqqətə çatdırıblar.

Daha sonra Xocalı soyqırımını əks etdirən fotolardan ibarət sərginin nümayiş olunduğu konfransda iştirakçılar Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış soyqırımı ilə bağlı filmi izləyiblər.

Tədbir bu ölkənin KİV-ləri və Türkiyənin Anadolu Agentliyi tərəfindən geniş işıqlandırılıb.

Silsilə tədbirlər çərçivəsində fevralın 26-da Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi və Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzi tərəfindən Podqoritsa şəhərində də Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Tədbirdə Monteneqroda fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatlarının, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, dini icmaların, KİV-lərin və digər qurumların nümayəndələri iştirak ediblər.

Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edildiyi tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı soyqırımı” sənədli filmi nümayiş olunub.

Diplomatik nümayəndəliyimizin müşaviri Seyran Mirzəzadə Xocalı soyqırımı qurbanlarının xatirəsinin dünyanın müxtəlif bölgələrində yad edilməsinin vacibliyindən danışıb. Qeyd edib ki, Ermənistan Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasət yeritməklə beynəlxalq humanitar hüququn müddəalarını sistematik sürətdə pozub. Bu əməllərə görə erməni təcavüzkarları cavab verməli olacaqlar.

Tədbirdə Azərbaycandakı dini icma rəhbərlərinin “Dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə” birgə müraciətinin tərcüməsi paylanılıb, “Xocalıya ədalət” kampaniyası haqqında geniş məlumat verilib. Kampaniya çərçivəsində imzalanan petisiyaya qoşulan tədbir iştirakçıları “Light a Fire to Fight the Liar” şüarı əsasında Xocalıda amansızlıqla qətlə yetirilmiş şəhidlərin xatirəsini anaraq 613 ədəd şam yandırıblar. Tədbirdə, həmçinin yerli dildə fəaliyyət göstərən www.xocali.me və www.khojaly.me internet səhifələri haqqında məlumat verilib.

Mərasim dövlət televiziya və radio kanalı da daxil olmaqla, bir sıra media resurslarında geniş işıqlandırılıb.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Serbiyada, Bosniya və Herseqovinada, Monteneqroda Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir YENİLƏNƏCƏK

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub