MƏDƏNİYYƏT
Serbiyada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsi anılıb
Dahi bəstəkarın anadan olmasının növbəti ildönümü ilə əlaqədar ölkəmizin Serbiyadakı səfirliyinin əməkdaşları və onların ailə üzvləri, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət Palatasının rəhbərliyi, bu ölkədə yaşayan həmvətənlərimiz Azərbaycan Hökumətinin dəstəyi ilə Dunay çayının sahilində inşa edilmiş Üzeyir Hacıbəyli Memorialını ziyarət edərək dahi bəstəkarın burada ucaldılmış abidəsinin önünə tər çiçəklər qoyublar.
Sonra Novi Sad şəhər meriyasında keçirilən görüşdə Azərbaycan ilə Serbiya arasında yüksək səviyyəli dostluq və strateji tərəfdaşlıq münasibətlərindən danışılıb.
Söhbət zamanı Novi Sad və Sumqayıt şəhərlərinin qardaşlaşmasına dair Serbiya tərəfinin niyyəti barədə müzakirələr aparılıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Novi Sad