DÜNYA


Serbiyada kafedə baş verən atışma nəticəsində azı 5 nəfər həlak olub

A+ A

Bakı, 2 iyul, AZƏRTAC

Serbiyanın şimalında yerləşən Zrenyanin şəhərində kafedə baş verən atışma nəticəsində azı 5 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, insident iyulun 2-də yerli vaxtla saat 01:40-da baş verib. Həyat yoldaşını və daha bir qadını qətlə yetirən kişi kafeyə gələrək müştəriləri atəşə tutub.

Cinayəti törətmiş şəxs polis tərəfindən saxlanılıb. Hazırda insidentin motivləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.