REGİONLAR


Serebral iflici diaqnozlu idmançı Meksikada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb

Gəncə, 10 may, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin idman dərslərindən bəhrələnən Nurlan Babacanov Macarıstanın Eger şəhərində keçirilən pauerlifting üzrə dünya kubokunda bürünc medala sahib olub.

AZƏRTAC xəbər verir ki, bununla da uşaq serebral iflici diaqnozlu idmançı 2017-ci il sentyabrın 25-də Meksikada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

Mərkəzin koordinatoru Rəzalə Abbasova bildirib ki, Nurlan 2003-cü ildə Mərkəz fəaliyyətə başladığı ilk günlərdən buranın xidmətlərindən yararlanıb. “Bu gün Nurlanın uğurları bizi çox sevindirir. İnanırıq ki, gənc idmançımız daha böyük mükafatlar qazanacaq, Azərbaycanın bayrağını mötəbər kürsülərdə dalğalandıracaq”, – deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.