İDMAN


Serena Uilyams “Böyük dəbilqə” seriyasında 23-cü qələbəsini qazanıb

Bakı, 28 yanvar, AZƏRTAC

Amerikalı Serena Uilyams finalda böyük bacısı Vinusu məğlub edərək tennis üzrə Avstraliya açıq çempionatının qalibi olub.

AZƏRTAC xəbər verir ki, Melburn şəhərində keçirilən final görüşü 2:0 (6:4, 6:4) hesabı ilə Serenanın xeyrinə nəticələnib.

Beləliklə, Serena Uilyams Avstraliya açıq çempionatında 7-ci, “Böyük dəbilqə” seriyasında isə 23-cü qələbəsini qazanaraq, alman tennisçisi Şteffi Qrafın (22) rekordunu təzələyib.

Qeyd edək ki, turnirin kişilər arasında finalı yanvarın 29-da bolqar Qriqor Dimitrovu məğlub edən ispaniyalı tennisçi Rafael Nadal və həmyerlisi Stanislas Vavrinka üzərində qələbə qazanan isveçrəli Rocer Federer arasında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.