MƏDƏNİYYƏT


Sergey Kojevnikov: “Jara” postsovet məkanında əsas yay festivalı olacaq

A+ A

Bakı, 10 iyul, AZƏRTAC

“Jara” Beynəlxalq Musiqi Festivalı bütün postsovet məkanında əsas yay festivalı olacaq. Festivalda Rusiya estradasının böyük sayda nümayəndələri iştirak edirlər. Düşünürəm ki, Bakıda möhtəşəm “Eurovision” mahnı müsabiqəsindən sonra “Jara” Beynəlxalq Musiqi Festivalı növbəti, eləcə də hər il “Sea Breeze” istirahət mərkəzində keçiriləcək möhtəşəm tədbir olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Rusiyada “Qızıl qrammofon” mükafatının təsisçisi, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri olan Sergey Kojevnikov deyib. O bildirib ki, ilk dəfə olduğu üçün festival 2 günlük təşkil edilib. Bu cür festivalın təşkili müvafiq sahələrdə böyük iş tələb edir. Lakin görürük ki, Azərbaycan belə möhtəşəm tədbirin keçirilməsinə hazırdır. Ona görə də növbəti dəfə “Jara” Beynəlxalq Musiqi Festivalı ya 3, ya da 5 gün olacaq.

Bakıya bundan əvvəl də gəldiyini diqqətə çatdıran rusiyalı qonaq şəhərin çox sürətlə inkişaf etdiyini vurğulayıb. O deyib: “Vaxtilə Bakının sakit, sənaye, haradasa əyalət şəhəri olmasından əsər-əlamət qalmayıb. Bakı dünyanın ən gözəl paytaxt şəhərlərindən biridir. Azərbaycan xalqının qonaqpərvərliyi, şəhərin gözəl təbiəti, günəş, dəniz, yüksək əhval-ruhiyyə “Jara” Beynəlxalq Musiqi Festivalının səciyyəvi xüsusiyyətləri olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.