MƏDƏNİYYƏT


Sergey Kojevnikov: Qonaqpərvərlik, füsunkar təbiət, xoş əhval-ruhiyyə “Jara”ya xüsusi hərarət gətirir

Bakı, 28 iyul, AZƏRTAC

Postsovet məkanının mədəniyyət həyatında ən mühüm yay hadisəsi olan "Jara" festivalında dünyaca məşhur, populyar estrada ulduzlarını görmək mümkündür. Düşünürəm ki, bu festival ənənəyə çevriləcək, onun möhtəşəmliyi ildən-ilə artacaq. Bu unudulmaz musiqi bayramı yaxın qonşular və dostlar olan Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin daha da möhkəmlənməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.

Rusiyada “Qızıl qrammofon” mükafatının təsisçisi, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri olan Sergey Kojevnikov AZƏRTAC-a müsahibəsində bu musiqi bayramı haqqında fikirlərini belə ifadə edib.

“Azərbaycan çox qonaqpərvər və gözəl ölkədir. Bir çoxları buraya birinci dəfədir gəlir, ilk andaca isti və səmimi ab-hava ilə qarşılaşırlar. Artıq əksər rusiyalılar yay tətillərini Bakıda keçirməyi planlaşdırırlar. Çünki Bakıda həm tanınmış ulduzlarla tanış ola, həm də gözəl istirahət edə bilərlər. Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, istiqanlı insanları var. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Qonaqpərvərlik, füsunkar təbiət, günəş, dəniz, xoş əhval-ruhiyyə “Jara” Beynəlxalq Musiqi Festivalına əlavə hərarət gətirir”, - deyə Sergey Kojevnikov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.