SİYASƏT


Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı faydalı müzakirələr apardıq VİDEO

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 12-də azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında ölkəmizə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı faydalı müzakirələrin aparıldığını bildirib. O, hazırkı müzakirələrin prezidentlərin görüşü zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addım olduğunu qeyd edib.

Sergey Lavrov Rusiya ilə münasibətlərin bütün sahələrdə inkişafına verdiyi töhfəyə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib. O deyib ki, müzakirələrdə ticari-iqtisadi münasibətlərin inkişafına təkan verilməsinin vacibliyi qeyd edilib. Hər iki ölkənin Xarici İşlər nazirlikləri də bu səylərə dəstək verəcək. Həmçinin Şimal-Cənub dəhlizi ilə bağlı məsələ də müzakirə olundu. Bununla bağlı yaxın vaxtlarda prezidentlərin üçtərəfli görüşü baş tutacaq.

Rusiya xarici siyasət idarəsinin rəhbəri Azərbaycana səfərinin ümumilikdə məhsuldar olduğunu vurğulayıb.

Elmar Məmmədyarov hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı intensiv dialoqun aparıldığını söyləyib. “Sergey Lavrovun bizimlə bölüşdüyü informasiya bizi ümidləndirir. İndi intensiv dialoq aparırıq. Əvvəlki görüşlərin hamısı bu münaqişənin həllində irəliləyişə nail olmaq üçün idi. Həll məsələsində maneələri mərhələlərlə aradan qaldırmalıyıq”, - deyə Elmar Məmmədyarov bildirib. O, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etməsi faktının bütün region üçün böyük təhlükə yaratdığını vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.