SİYASƏT


Sergey Lavrov Dağlıq Qarabağ nizamlanması haqqında: Tam bir sıra çox mürəkkəb detal razılaşdırılmalıdır

Moskva, 6 iyun, AZƏRTAC 

Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar vasitəsilə aradan qaldırıla bilər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kalininqradda İ.Kant adına Baltik Federal Universitetinin tələbələri qarşısında çıxışında bəyan edib.

TASS xəbər verir ki, Lavrov deyib: “Yalnız razılığa gəlmək lazımdır, başqa yol yoxdur. Müxtəlif formalar alan uzun sürən danışıqlar prosesi dövrü ərzində razılaşmalara dəfələrlə yaxın olmuşuq, hətta bir addımlığında olmuşuq. Amma sonra gah bir, gah da o biri tərəfin müəyyən etimadsızlıq instinkti işə düşüb. Amma işi davam etdirmək lazımdır”.

Rusiya xarici siyasət idarəsinin başçısı vurğulayıb ki, danışıqlar gedişində artıq müəyyən prinsiplərin işlənib hazırlanmasına baxmayaraq, “çox incə məsələlərə, o cümlədən daxili siyasət məsələlərinə toxunan tam bir sıra çox mürəkkəb detal razılaşdırılmalıdır”.

S.Lavrov sonda deyib: “Amma biz səylərimizi dayandırmırıq. Bildiyiniz kimi, Rusiya ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədri olan ölkədir. Biz onun heyətində tərəflərlə müntəzəm görüşürük və bu üçlük çərçivəsində bundan sonra da hələlik razılaşdırılmamış xırda, amma çox ciddi detalları necə həll edəcəyimiz barədə düşünəcəyik”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.