DÜNYA


Sergey Lavrov: “Karlovun qətli Rusiya ilə Türkiyə arasında münasibətlərin pozulmasına yönəlib”

Bakı, 20 dekabr, AZƏRTAC

Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsində əsas məqsəd rəsmi Moskva ilə Ankara arasındakı münasibətlərin normallaşması prosesini pozmaq və iki ölkənin Suriyada terrorçuluğa qarşı səmərəli mübarizəsinin qarşısını almaqdır.

AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, bu sözləri Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, bu hücumun təşkilatçıları öz məqsədlərinə çatmayacaqlar.

Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə Rusiyanın Ankaradakı səfirinin qətlinin təşkilatçılarına qarşı tədbirlər hazırlanacağını bəyan edib. O, Rusiya-Türkiyə-İran arasında üçtərəfli görüşün baş tutacağını da deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.