DÜNYA
Sergey Lavrov Moskvada İran və Türkiyənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib
Moskva, 20 dekabr, AZƏRTAC
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşüb.
RF XİN-in başçısı görüşdə bildirib ki, Rusiya səfirinin Ankarada qətlə yetirilməsi terrorizmlə mübarizənin qətiyyətlə və güzəştsiz aparılmasının vacibliyini bir daha göstərir. S.Lavrov Rusiya səfirinin ölümünə səbəb olan terror aktını pislədiyinə görə İran tərəfinə minnətdarlığını bildirib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qeyd edib ki, terrorizmə heç bir halda bəraət qazandırmaq olmaz. “Ümid edirik ki, terrorizmi dəstəkləyən ölkələr bunu anlayacaqlar”, - deyə o vurğulayıb.
Rusiya xarici işlər naziri S.Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də görüşüb.
Daha sonra Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda görüşünün keçiriləcəyi gözlənilir. Danışıqların əsas mövzusu Suriyada vəziyyətin nizama salınmasıdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva