SİYASƏT


Sergey Lavrov: Xəzərin hüquqi statusuna dair Konvensiya 2017-ci ildə imzalana bilər

A+ A

Astana, 13 iyul, AZƏRTAC

Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya 2017-ci ildə imzalana bilər. Bu barədə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Qazaxıstanın paytaxtı Astanada keçirilən iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

Görüşün yekunlarına həsr olunan mətbuat konfransında Sergey Lavrov toplantının çox məhsuldar olduğunu və anlaşma şəraitində keçdiyini bildirib. Nazir Xəzər dənizinin yekun statusuna dair Konvensiyanın 2017-ci ildə imzalanmasını tam real hesab etdiyini bildirib.

Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov isə deyib ki, Xəzərin statusu ilə bağlı işçi qrupun növbəti toplantıları bu ilin sentyabrında Tehranda, oktyabrında isə Aşqabadda keçiriləcək. Bu görüşlərdən sonra xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı müəyyən ediləcək.

Toplantı çərçivəsində xarici işlər nazirlərinin Qazaxıstanın Baş naziri Kərim Məsimovla da görüşü keçirilib. Baş nazir tezliklə bütün istiqamətlər üzrə razılığın əldə olunacağına və dövlət başçılarının sammitində Konvensiyanın imzalanacağına inamını ifadə edib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.