SİYASƏT


Sergey Lebedev: Bakı MDB-nin müxtəlif strukturlarının iclasları üçün ənənəvi olaraq rahat məkana çevrilib

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

Bakı MDB-nin müxtəlif strukturlarının iclasları üçün ənənəvi olaraq rahat məkana çevrilib. Bu yaxınlarda Bakıda MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclası, Birlik ölkələrinin nümayəndələrinin də iştirak etdikləri Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Bu gün isə bu qonaqpərvər məkanda MDB iştirakçısı olan dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib Sergey Lebedev oktyabrın 12-də jurnalistlərə müsahibəsində deyib.

S.Lebedev bildirib ki, Bakı miqrasiya problemlərinin həll edilməsi üçün çox yaxşı məkandır. Bu tədbirin təşkilinə və iştirakçı ölkələrə göstərilən qonaqpərvərliyə və diqqətə görə minnətdarlığımı bildirirəm. Hazırda miqrasiya problemləri yalnız MDB ölkələri üçün yox, həm də bütün dünya üçün aktualdır. Afrikanın şimalında, Avropada və Yaxın Şərqdə yaşanan miqrasiya çətinlikləri buna əyani sübutdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.