SİYASƏT
Sergey Lebedev: Bu gün müşahidə etdiklərimiz deməyə əsas verir ki, seçkilər kifayət qədər mütəşəkkil keçir VİDEO
Bakı, 1 noyabr, Əziz Məmmədov, AZƏRTAC
Noyabrın 1-də səhər tezdən Bakıda dörd seçki məntəqəsində olmuşuq. Ümumiyyətlə, gün ərzində doqquz məntəqədə olmağı planlaşdırırıq. Seçkilər sakit şəraitdə keçir, seçicilərin yüksək fəallığı müşahidə olunur. Müxtəlif partiyaları və namizədləri təmsil edən yerli müşahidəçilərin sayının çox olması müsbət faktdır. Onlar səsvermənin gedişini müşahidə etmək imkanına malikdirlər. Mənim gördüklərim budur ki, yaşlı və gənc nəslin nümayəndələri səsvermədə xüsusi fəallıq göstərirlər. Bütövlükdə indiyədək müşahidə etdiklərimiz deməyə əsas verir ki, seçkilər kifayət qədər mütəşəkkil keçir.
MDB-dən olan müşahidəçilər missiyasının rəhbəri, MDB-nin icraçı katibi Sergey Lebedev bu sözləri AZƏRTAC-a eksklüziv müsahibədə söyləyib.
MDB missiyasının rəhbəri qeyd edib ki, qərbli həmkarları da onunla söhbətdə seçicilərin yüksək fəallıq səviyyəsini və seçki prosesinin yaxşı təşkil olunduğunu bildiriblər. S.Lebedev sonda deyib: “Seçicilərin fəallığı onu göstərir ki, vətəndaşların çoxu öz ölkəsinin gələcəyinə və parlamentə kimlərin seçilməsinə görə məsuliyyət hiss edir”.