İQTİSADİYYAT


Sergey Luzyanin: Azərbaycandan keçən klassik İpək Yolu daha perspektivlidir

Bakı, 17 may, AZƏRTAC

“İpək Yolu iqtisadi kəməri” layihəsinin Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizi marşrutu daha çox perspektivli və bütün altı əsas dəhliz arasında ən klassikidir.

AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Elmlər Akademiyası Uzaq Şərq İnstitutunun direktoru, Rusiya Beynəlxalq Məsələlər Şurasının üzvü Sergey Luzyanin “Bir kəmər – bir yol” Pekin Sammitinin yekunlarını şərh edərək “Vestnik Kavkaz”a müsahibəsində səsləndirib.

S.Luzyanin ilk növbədə Xəzər dənizindən, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən marşrutun proqnozlaşdırılan, təhlükəsiz olduğunu vurğulayıb. “Daha çox ölkəni əhatə edən bu dəhliz digərləri ilə müqayisədə ən perspektivlisidir. Klassik İpək Yolu nöqteyi-nəzərindən bu yol 2-3 min il bundan əvvəlki, yəni Orta Asiyadan, Xəzər və Qafqazdan Aralıq dənizi ölkələrinə keçən marşrutun təkrarı olacaq. Bu elə əsl tarixi İpək Yoludur və hazırda onu praktik olaraq bütün məntəqələrdə bərpa edirlər”, - deyə Sergey Luzyanin məlumat verib.

Bütün infrastruktur mürəkkəbliyinə baxmayaraq, Azərbaycandan keçən marşrut daha çox iqtisadi potensiala malikdir. “Aydındır ki, azı 7-8 dövləti, o cümlədən Mərkəzi Asiya regionunu və Xəzər hövzəsini birləşdirmək lazım gələcək, lakin tranzit, əmtəə mübadiləsi və kapital baxımından bu marşrut çox perspektivlidir. Çin həmişə inkişaf etməkdə olan dünyanın lideri kimi çıxış edib və o, bu layihənin inkişafına böyük investisiyalar yatıra bilər. Çinin iki bankına artıq 23,1 milyard dollar həcmində proqram təklif edilib. Bu vəsait logistikaya, qovşaqların və anbarların yaradılmasına, birgə istehsalların təşkilinə sərf olunacaq”, - deyə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun direktoru bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.