SİYASƏT


Sergey Mixaylov: Konqres iştirakçıları Azərbaycanın müstəqillik illərində böyük inkişaf yolu keçdiyinin şahidi oldular VİDEO

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Azərbaycanda mötəbər beynəlxalq tədbirlərin keçirilməsi artıq xoş ənənəyə çevrilib. Dünya Xəbər Agentliklərinin V Konqresi də növbəti belə vacib tədbir idi. Bakı Konqresi yüksək səviyyəli təşkilatçılıqla, faydalı müzakirələrlə yadda qaldı.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov bildirib.

Baş direktor deyib ki, Bakıda təşkil edilən beynəlxalq tədbirlər Azərbaycanın dünyada daha çox tanınmasına və nüfuzunun artmasına böyük töhfə verir. Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Qlobal informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən xəbər agentliklərinin rəhbərlərinin Bakıda bir araya gəlmələri təcrübə mübadiləsinə, medianın üzləşdiyi problemlərin həlli yollarına, yeni imkanlara və innovativ texnologiyalara dair səmərəli müzakirələr aparılmasına əlverişli şərait yaratdı. Bakıda bizə göstərilən səmimi qonaqpərvərliyə, eyni zamanda, tədbirin belə yüksək səviyyədə təşkilinə görə Azərbaycana, şəxsən Prezident İlham Əliyevə minnətdarıq.

“Beşinci Konqresin və OANA-nın XVI Baş Assambleyasının birgə açılışında Prezident İlham Əliyevin nitqini maraqla dinlədik. Prezidentin “Belə bir vacib, qlobal və beynəlxalq tədbirə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir” deməsi Konqres iştirakçıları tərəfindən böyük sevinclə qarşılandı. Qonaqlar Azərbaycanla, onun gündən-günə gözəlləşən paytaxtı Bakı şəhəri ilə yaxından tanış olmaq imkanı qazandılar və bu tanışlıqdan məmnun qaldılar. Biz Azərbaycanın müstəqillik illərində böyük inkişaf yolu keçdiyinin şahidi olduq.

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan müasir ölkədir, dinamik inkişaf edir və gələcək üçün nəhəng potensiala malikdir. Biz Azərbaycanda müstəqil medianın inkişafına da yüksək qayğı və diqqətlə yanaşıldığını, bunun Azərbaycan hökuməti üçün prioritet sahələrdən biri olduğunu gördük. İnanırıq ki, gələcəkdə Azərbaycan mətbuatı, o cümlədən elektron media daha böyük nailiyyətlər qazanacaq”, - deyə S.Mixaylov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.