İDMAN


Sergey Sirotkin: Azərbaycanda Formula-2 yarışında iştirak edəcəyim üçün çox məmnunam

Moskva, 20 iyun, AZƏRTAC 

Formula-1 yarışının “Reno” komandasının ehtiyat pilotu Sergey Sirotkin Bakıda keçiriləcək Formula-2 mərhələsində iştirak edəcək.

“SMP Racing” yürüş proqramının mətbuat açıqlamasında bildirilir ki, S.Sirotkin “ART GP” komandasının tərkibində britaniyalı Aleksander Albonu əvəz edəcək. A.Albon səhhəti ilə əlaqədar yarışlara qatıla bilməyəcək.

S.Sirotkin Formula-2 mərhələsində iştirak edəcəyindən məmnun olduğunu bildirib: “Əvvəlcə Albona tezliklə sağalmağı arzu edirəm. Çox şadam ki, Formula-2-nin bolidinin sükanı arxasına qayıdıram. Bu seriyada iki il uğurla çıxış etmişəm. “ART GP” komandası mənə müraciət edəndə Azərbaycana getməyə məmnuniyyətlə razılıq verdim”.

Pilot, həmçinin “SMP Racing” proqramının təsisçisi Boris Rotenberqə və “Reno” komandasının rəhbəri Sirilyu Abirbula təşəkkür edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.