İDMAN


Sərhədçi idmançılar “Bakı-2017”də üç qızıl medal qazanıblar

Bakı, 15 may, AZƏRTAC

Ölkəmizdə böyük təntənə ilə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın qazandıqları qələbələrə bütün xalqımız kimi, Azərbaycan Respublikasının dövlət sərhədlərini mühafizə edən sərhədçilər də ürəkdən sevinirlər. Ölkə idmanına daim öz layiqli töhfələrini verən sərhədçi idmançılar IV İslam Həmrəyliyi Oyunlarına da qələbələrlə başlayıblar.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan yığma komandasının tərkibində Oyunlara qatılan “Sərhədçi” idman klubunun üzvləri artıq 3 qızıl medal qazanıblar. Belə ki, mayın 13-də cüdo yarışlarında 66 kiloqram çəki dərəcəsində çıxış edən baş leytenant Nicat Şıxəlizadə Əlcəzair idmançısı Houd Zourdani üzərində təmiz qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Karate yarışlarında 61 kiloqram çəki dərəcəsində mübarizə aparan leytenant Fəridə Abıyeva finalda İran idmançısı Rozita Əlipurkaşkalesadiyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Paracüdoçumuz gizir Ramilə Kaştayeva 70 kiloqram çəki dərəcəsində yarışan digər idmançımız Turanə Ağayeva üzərində qələbə qazanaraq Azərbaycan yığmasına növbəti qızıl medalı qazandırıb.

Xatırladaq ki, ən yüksək standartlara cavab verən “Sərhədçi” İdman Olimpiya Mərkəzinin açılış mərasimi 2009-cu il avqustun 31-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.