CƏMİYYƏT
Sərhədçilər İrandan Azərbaycana narkotik maddələr keçirən şəxsi saxlayıblar
Bakı, 18 iyul, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı fəaliyyətini uğurla davam etdirirlər.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sərhədçilərin sayıqlığı sayəsində “Astara” sərhəd nəzarəti məntəqəsində narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb. İyulun 16-da İrandan Azərbaycana qayıdan Cəlilabad şəhər sakini 1989-cu il təvəllüdlü Abıyev Səbuhi Zakir oğlunun davranışı şübhə doğurduğundan saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı zərurət yarandığından vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə onun düz bağırsağından 242 qram həşiş, 56 qram kokos, 72 qram metamfetamin aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.