CƏMİYYƏT


Sərhədçilər Milli Qurtuluş Gününü təntənə ilə qeyd ediblər

Bakı, 15 iyun, AZƏRTAC

15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində təntənəli tədbirlər keçirilir, şəxsi heyətə ulu öndər Heydər Əliyevin xalqımızı vətəndaş müharibəsindən, dövlətimizi məhv olmaq təhlükəsindən xilas etməsi, Аzərbаycаn dövlətinin yaranmasında, müstəqilliyimizin qorunub saxlanılmasındakı müstəsna xidmətləri barədə ətraflı məlumatlar verilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyunun 14-də Xidmətin Sahil Mühafizəsində keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyasının rəsmiləri iştirak ediblər. Əvvəlcə qonaqlar Heydər Əliyev İdeoloji Mərkəzi ilə tanış olub, Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumatlar alıblar.

Dövlət himninin səslənməsi ilə başlanan mərasimdə ötən əsrin 90-cı illərində rеspublikamızın ictimai-siyasi həyatında baş vеrən hadisələri gеniş təhlil еdilərək, məhz ulu öndər Hеydər Əliyеvin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına sоn qоyulduğu, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlandığı qеyd olunub. 24 il əvvəl xalqın təkidi və tələbi ilə yеnidən siyasi hakimiyyətə qayıdan Ulu Öndərin sarsılmaz iradəsi, əzmi və zəngin dövlətçilik təcrübəsi sayəsində qısa zaman ərzində sabitliyi bərpa etməsi, tənəzzülün qarşısını alaraq ölkəmizi inkişaf və tərəqqi yoluna çıxarması, dövlətçiliyimizin qоrunmasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin еtməsi xüsusi vurğulanıb.

Çıxışlarda Azərbaycan Sərhəd Mühafizəsinin təşkili və formalaşmasında əsaslı keyfiyyət dəyişikliklərinin ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun diqqət və qayğısı nəticəsində mümkün olduğu, Ümummilli Liderin milli inkişaf konsepsiyasını uğurla davam etdirən, beynəlxalq aləmdə respublikamıza böyük hörmət və nüfuz qazandıran Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişaf edərək dünyanın qabaqcıl və firavan ölkələrindən birinə çevrildiyi diqqətə çatdırılıb.

Tədbirin sonunda incəsənət ustaları sərhədçilər qarşısında konsert proqramı ilə çıxış ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.