MƏDƏNİYYƏT
“Sərhədsiz Azərbaycan” layihəsi çərçivəsində fotomüsabiqə keçirilir
Bakı, 10 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Fotoqraflar Birliyinin təşkilati dəstəyi ilə “Sərhədsiz Azərbaycan” foto-forum layihəsi həyata keçirilir. Layihə rəhbəri Pəri Bəndəliyevadır.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində “Azərbaycan uğurları fotolarda”, “Azərbaycanın mədəni irsini yaşadan tarix” və “Azərbaycanın sosial-iqtisadi inkişaf modeli” mövzular üzrə fotomüsabiqə keçirilir.
Müsabiqəyə göndəriləcək fotolar mövzulara uyğun olmalıdır və hər bir mövzu üzrə maksimum 5 ədəd fotoşəkil göndərmək olar. Müsabiqəyə heç bir fotomüsabiqədə iştirak etməyən, plagiat və KİV-də yayımlanmayan JPEG formatında və həcmi 2 meqabaytdan az olmayan fotolar qəbul edilir.
Fotomüsabiqədə iştirak etmək istəyənlər qeyd olunan mövzulara uyğun lentə aldıqları fotoları “Sərhədsiz Azərbaycan” başlığı altında oktyabrın 21-dək s[email protected] elektron poçt ünvanına göndərə bilərlər. E-maildə mütləq ad, soyad, telefon nömrəsi, müsabiqəyə təqdim edilən fotolar və onların hansı mövzuya aid olduqları göstərilməlidir.