İDMAN


“Şerif”-“Qarabağ” oyununu israilli hakimlər briqadası idarə edəcək

Bakı, 29 iyul, AZƏRTAC

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində çərçivəsində keçiriləcək “Şerif” (Moldova)-“Qarabağ” (Ağdam) cavab oyunu üçün təyinatlar açıqlanıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Avqustun 1-də baş tutacaq görüşün baş hakimi Roy Reynşreyber olacaq. Ona həmyerliləri Amihay Yehoşua Mozes və Dan Uçeniç kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Daniel Bar Natan olacaq.

Matçın UEFA nümayəndəsi funksiyasını latviyalı Edqars Pukinsks icra edəcək. Hakim-inspektor vəzifəsi isə litvalı Paulius Maljinskasa həvalə olunub.

Komandalar arasında ilk oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib və matçda hesab açılmayıb.

Qeyd edək ki, “Şerif”–“Qarabağ” oyunu Tiraspolun “Şerif” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.