İDMAN
Şərif Şərifov komandamıza "Rio-2016"nın 14-cü medalını qazandırıb [YENİLƏNİB] VİDEO
Güləşçimiz Şərif Şərifov bürünc medal uğrunda görüşdə Venesuela idmançısı Pedro Seballosu 5:1 hesabı ilə məğlubiyyətə uğradaraq “Rio-2016”nın mükafatçıları sırasında yer alıb.
Bununla da komandamızın hesabındakı medalların sayı 14-ə çatıb.
Bakı, 20 avqust, AZƏRTAC
19:18
Şərif Şərifov yarımfinalda Rusiya idmançısı, ikiqat dünya çempionu Abdulrəşid Sadullayevə məğlub olub. O, bürünc medal uğrunda mübarizə aparacaq.
18:53
Azərbaycan güləşçisi Şərif Şərifov yarımfinalda Rusiya idmançısı, ikiqat dünya çempionu Abdulrəşid Sadullayevlə görüşəcək.
18:31
Güləşçimiz dörddəbir finalda Polşa idmançısı Zbiqnev Mateus Baranovskiyə qalib gələrək yarımfinala yüksəlib.
17:43
Güləşçimizin dörddəbir final mərhələsindəki rəqibi müəyyənləşib. Yarımfinala gedən yolda güləşçimiz Polşa idmançısı Zbiqnev Mateus Baranovski ilə qarşılaşacaq.
17:37
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, yarışda 86 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz Çin idmançısı Bi Şenqfenq ilə qarşılaşıb. Rəqibini məğlub edən Şərif Şərifov dörddəbir finala yüksəlib.