Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Serj Sarkisyan: Münxen uğursuzluğu

Serj Sarkisyan: Münxen uğursuzluğu

Almaniyanın Münxen şəhərində keçirilən təhlükəsizlik məsələlərinə dair illik konfransda bir sıra ölkələrin başçıları iştirak ediblər. Onların sırasında Ermənistan prezidenti Serj Sarkisyan da vardı. S.Sarkisyan tədbirdə çıxış edib. Bir neçə məsələni əhatə edən mətn qısadır və əsasən Ermənistanın xarici siyasət fəaliyyətindən danışan S.Sarkisyan müəyyən dərəcədə beynəlxalq siyasətə də toxunub. Ancaq onun əsas qayğısı yenə də Azərbaycan və Türkiyə ilə bağlı olub. Erməni lider yenə də tam əsassız, iftira və yalanla dolu fikirlər ifadə edib. O, Bakı və Ankaranı sülhə gəlməməkdə günahlandırmağa çalışıb. Lakin heç bir arqument gətirə bilməyib. Dediklərinə reaksiya da minimum olub. Müzakirələr zamanı verilən suallara özünün məhdud regional təfəkkürü çərçivəsində primitiv cavablar verib. Yəni faktiki olaraq heç birinə normal cavab verə bilməyib. Bütün bu məsələlərin geosiyasi aspektləri üzərində dayanmağa çalışacağıq.

Cavabsız suallar: Serj Sarkisyanın çaşqınlığı

Ondan heç zaman həqiqi siyasi lider formalaşmayacaq. Dünyagörüşü məhdud, siyasi görüşləri məhdud radikal milliyyətçilikdən kənara çıxa bilməyən adamdır. O, dünyaya “balaca separatçı” kimi gəlib, elə o statusda da gedəcək. İndi Ermənistan adlı vassal dövlətə, forposta rəhbərlik edən Serj Sarkisyan haqqında onun Münxen Təhlükəsizlik Konfransdakı çıxışında ifadə olunan fikirlərinə nəzər saldıqda və tədbirdə verilən suallara cavablardan sonra yalnız bu nəticəni çıxarmaq olar.

Biz S.Sarkisyanın bir neçə ildir ki, müxtəlif tədbirlərdəki çıxışlarını izləyirik. Etiraf edək ki, o, bizi təəccübləndirir; bəsit məntiqi, radikal siyasi mövqeyi və qaba fikirləri ilə! Adam heç dəyişə bilmir! Münxendə də Yan Bremerin suallarına cavab verə bilməməsi, onlardan faktiki olaraq yan keçməsi ayrıca bir komik səhnə idi (bax: На Мюнхенской конференции по безопасности Президент ответил на вопросы участников обсуждения / "President.am", 17 fevral 2018).

Xatırladaq ki, Yan Bremer “Avrasiya” qrupunun yaradıcısı və hazırda sədridir. O, S.Sarkisyana xarici siyasət məsələləri ilə bağlı suallar verib. Y.Bremer soruşub ki, rəsmi İrəvanın "Aİ ilə assosiativ üzvlüklə bağlı sazişi imzalamaqdan imtina etməklə Avrasiya İqtisadi İttifaqına üzv olması necə seçim idi? Siz qorxdunuzmu? Rusiyanın təsiri oldumu? Budurmu yeni model və ya yeni ideya?" (bax: əvvəlki mənbəyə).

S.Sarkisyan isə cavabında deyib ki, Avropa İttifaqı Ermənistanla saziş imzalamaqdan imtina edib (?). Guya o, şərt qoyub, Ermənistan isə onu qəbul etməyib. Əslində isə Brüssel dəqiq mövqe tutmağı tələb edirdi ki, bunda da tam haqlıdır. S.Sarkisyan da öz mövqeyini, yəni seçimini etdi - o, Moskvaya üstünlük verdi. İndi isə hiyləgərcəsinə və əbləhliklə Avropanı ittiham etməyə çalışır. Və bunun üçün də özünün ənənəvi böhtan dəst-xəttini davam etdirir. O, Y.Bremerin ikinci və üçüncü sualına verdiyi “cavab”da ... Azərbaycan və Türkiyəni günahlandırmağa çalışır.

Üstəlik, deyir ki, Ermənistan təcrid olunmayıb, onun vətəndaşlarının orta əməkhaqqı Azərbaycanda olandan yüksəkdir. Görün, Ermənistan Milli Statistika Komitəsi sədrinin müavini Qurgen Martirosyan jurnalistlərlə görüşündə nə deyib. O vurğulayıb ki, 2017-ci ilin yanvarında Ermənistanda tərəvəz və kartofun qiyməti 49% (!) artıb. Bütövlükdə ərzaq məhsullarının qiyməti 2016-ya nisbətən 7,4% yüksəlib. Meyvələrin qiyməti 10,9% artıb (bax: Жизнь в Армении в 2017 году стала дороже - цены бьют рекорды / “Sputnik”, 6 fevral 2017).

Həyat səviyyəsinə görə isə MDB dövlətləri içərisində ən aşağı olanı Ermənistandır (bax: Средняя зарплата в Армении в 2016-2017 году / “VisaSam.ru”). Orta əməkhaqqı 2015-ci ildə Ermənistanda 383 ABŞ dolları, Azərbaycanda isə 439 ABŞ dolları olub. 100 erməni dramı indi 11,3 rubldur, 1 Azərbaycan manatı isə 35 rubldur! 100 erməni dramı 21 sentdir (!), 100 Azərbaycan manatı isə 58 dollardır! Bunlardan başqa, kim Ermənistanın regiondakı beynəlxalq layihələrdən birində iştirak etdiyini deyə bilər? Belə bir layihə mövcuddurmu? Yoxdur! Bəs bunun adı “təcrid” deyilsə, nədir?

İddialar və reallıq: ədalətlə böhtan arasında

Ermənistanın bu vəziyyətə düşməsinin səbəbi də məlumdur - Azərbaycan torpaqlarını işğal etməsi! Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib. Bəzən yüksək səviyyəli xarici qonaqlar Ermənistanın da layihələrə qoşulması ilə bağlı söz açmağa çalışıblar. Buna cavab olaraq dövlət başçısı yalnız bir səbəbi göstərir: Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan ərazilərini tərk etməyincə, heç bir əməkdaşlıqdan söhbət gedə bilməz.

Son zamanlar ermənilər ümidlərini İran vasitəsi ilə dəmiryolu və qaz kəmərləri çəkməyə bağlayırdılar. Ancaq bu da boşa çıxıb və indi faktiki olaraq Ermənistan Gürcüstana yalvarır ki, Rusiya ilə dəmiryolu əlaqəsi yaratmağa imkan versin. Baxın, belə aciz bir ölkənin başçısı Münxen Konfransı kimi mötəbər bir tədbirdə həm öz ölkəsi barədə yalan danışır, həm də Azərbaycan və Türkiyəni nələrdəsə əsassız olaraq günahlandırmağa çalışır. Onun çıxışında Azərbaycanı Dağlıq Qarabağ məsələsində günahlandırmağa cəhd göstərməsi də son dərəcə böyük yalan üzərində qurulmuş sayıqlamalar idi.

Serj Sarkisyan özünü elə aparır ki, guya əzəldən Ermənistanın silahlı qüvvələri Qarabağda və ətraf rayonlarda olublar, indi Azərbaycan güclə onları oradan çıxarmaq istəyir. Bütün dünya da bu yalana inanıb Azərbaycana təpki göstərməlidir. Lakin reallığı hər kəs bilir. Bu, BMT, ATƏT, Avropa Şurası, İƏT, Avropa İttifaqı, NATO, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumların uyğun sənədlərində dəqiq ifadə olunub. Məsələn, BMT Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamənin hamısında açıq bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir. Heç olmasa bu faktın fonunda S.Sarkisyanın azca da olsa, ədalətli olması ona yalnız şərəf gətirərdi. Ancaq, deyəsən, onun şərəfdən başqa, hər şeyi vardır!

Sonra, Serj Sarkisyanın Türkiyəni ittiham etməyə çalışması gülüncdür. O deyir ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasına həmişə çalışıb. Ancaq Ankara Bakının tərəfini tutur və qeyri-dost münasibət göstərir (bax: Президент принял участие в Мюнхенской конференции по безопасности / “President.am”, 17 fevral 2018).

Həqiqət nədən ibarətdir? Ankara ifadə edir ki, erməni silahlı dəstələri zəbt etdiyi qonşu Azərbaycanın ərazilərini tərk etməsə, hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz. Bu, ortaya Azərbaycanı atmaq deyil, Ermənistanı təcavüzkarlıqdan çəkinməyə dəvətdir, sülh içində yaşamağa çağırışdır. Siz necə təsəvvür edirsiniz, minlərlə azərbaycanlını qətlə yetirən, əsir saxlayan, uşaq, qadın, qoca demədən zorakılıq işlədən və işğalçı kimi davranmaqda davam edən Ermənistanla Türkiyə necə əməkdaşlıq edə bilər? Bu, absurd bir tələbdir və yerinə yetirilməsi mümkün deyil.

Ancaq S.Sarkisyanın Türkiyə məsələsini Münxen Konfransında ayrıca vurğulamasının səbəbi də olmamış deyil. Çünki cəmi bir il əvvəl onun BMT-nin Nyu-Yorkda keçirilən iclasında, necə deyərlər, ağzından od-alov püskürürdü! S.Sarkisyan onda çox radikal mövqedə idi. İndi isə adam muma dönüb, Türkiyə ilə əlaqələrin bərpasından dəm vurur, yeni danışıqlara hazır olduğunu bəyan edir. Görünür, bu “balaca separatçı”nı Afrin əməliyyatı yumşaldır. Çünki bütün dünya görür ki, türk rəhbərliyi kimsədən məsləhət almır və türk ordusu bir mükəmməl savaş maşını kimi terrorçuları məhv edir. Bəzilərinin ələkeçməz adlandırdıqları ən müasir mühəndis qurğularını belə ustalıqla tuta bilir. Müxtəlif tərəflərdən Ankaranı dayandırmağa çalışanlara Rəcəb Tayyib Ərdoğanın cavabı birdir: “Son terrorçu qalana qədər gedəcəyik!”

Azərbaycan Prezidenti İlham Əliyev də işğal olunmuş torpaqların azad ediləcəyini qətiyyətlə ifadə etməkdədir və tarixi torpaqlarımızın da unudulmadığı mesajını verir. Bax, bunlar həm də sarkisyanlara mesajdır! Onlara xəbərdarlıqdır ki, əgər danışıqlarla zəbt etdiyiniz Azərbaycan torpaqlarını tərk etməsəniz, hərbi yolla məsələni həll edəcəyik.

Beləliklə, S.Sarkisyanın Münxen Konfransındakı çıxışı və müzakirələrdə verilən suallara cavabı primitiv, bəsit məntiqdən başqa bir şey deyil. Onun orada boşboğazlıq etdiyini zaman da göstərəcək. Ancaq indidən bir sıra erməni ekspertləri Serj Sarkisyanın Münxen “imtahanından kəsildiyini” yazır (bax: məs., В Мюнхене Серж Саркисян не ответил на главный вопрос / “Lragir.am”, 18 fevral 2018). Ümumiyyətlə isə S.Sarkisyan həyat imtahanından kəsilmiş adamdır!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zakir İbrahimov: “İçərişəhər” sikkəsi ən yüksək əyarda hazırlanıb

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinə infotur təşkil olunub

Sədr: Ulu Öndərin 100-cü illiyi münasibətilə istehsal edilən qızıl sikkə inqilabi yenilik olan texnologiya əsasında ərsəyə gətirilib

Sel suları Zaqatalanın Üçüncü Tala və ətraf kəndlərinə ziyan vurub FOTO

Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Mərkəzi Asiyanın ən böyük IT forumu ləğv edilib

BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

“ASAN xidmət”də “Yaşıl dağ” aksiyası təşkil olunub

Polşalı alim Ədəbiyyat İnstitutunda mühazirə oxuyub

Şeyxülislam Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub

Yaylaqlara köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti uzadılıb

PISA 2025 üzrə infosessiyalar təşkil edilib

Baş prokuror paytaxtın Nizami rayonunda vətəndaşlarla görüşüb

Bəhruz Nəbiyev: Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların sayı növbəti illərdə artırılacaq

Tərtər rayonunda mina hadisəsi baş verib

Qazaxıstan Prezidenti ŞƏT üzvü olan ölkələrin xarici işlər nazirlərini qəbul edib

RF Dövlət Dumasının sədri İran Prezidenti ilə vida mərasimində nümayəndə heyətinə başçılıq edəcək

Paytaxt məktəblərində operativ monitorinqlər davam edir

İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilir

Akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr edilmiş kitabın təqdimatı keçirilib

Zaqatalalı kümçü: Baramaçılıq çox sərfəli və gəlirli təsərrüfat sahəsidir

Cəfər Cabbarli və milli istiqlal hərəkatı - seminar

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub

Türkiyə Əfqanıstan ilə aviareysləri bərpa edib

Londondan Sinqapura uçan təyyarə güclü hava boşluğuna düşüb

BDU Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə əməkdaşlıq edəcək

Toni Kroos karyerasını başa vuracağını açıqlayıb

Hindistan vətəndaşlarını ABŞ-a aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb VİDEO

Türkiyənin vitse-prezidenti Selcuk Bayraktara təşəkkür edib

2013-2023-cü illərdə mövcud olan veb-səhifələrin dörddəbiri yoxa çıxıb

BMT: Əfqanıstanda daşqınlar 30 mindən çox insana təsir göstərib

“Arbitraj haqqında” Qanunun beynəlxalq model qanunun tələblərinə uyğun olması təsdiq edilib

Qubada bilyard turniri keçirilib

Kubada birgünlük matəm elan edilib

Azərbaycan və Türkiyənin ombudsmanları ŞKTR parlamentində olublar

Mikrobiologiya İnstitutu ilə Türkiyənin Altınbaş Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Ekvadorun cənub-qərbində sahilboyu zonada 5,5 bal gücündə zəlzələ baş verib

ŞKTR Prezidenti Azərbaycan və Türkiyənin ombudsmanlarını qəbul edib

Azərbaycanda ilk dəfə keçirilən Peşəkar Çövkən Liqasının açılış mərasimi olub

AzMİU ilə ABŞ şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Humanitar Kollec beynəlxalq əlaqələrini genişləndirir

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala vəsiqə qazanıb

Gürcüstan DİN narkotiklərlə əlaqədar 77 nəfəri saxlayıb

Nəşi 30 ildən sonra tapılan şəhid Arif İmaməliyev dəfn olunub VİDEO

"CareerLaw" layihəsi çərçivəsində BDU-nun Hüquq fakültəsinin tələbələri ilə ilk görüş keçirilib

Azərbaycan millisinin yoldaşlıq oyunlarına hakim təyinatları açıqlanıb

® “Bakcell”in baş icraçı direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb

Nazir: Özbəkistanlı həmkarlarımızı COP29-da iştirak üçün Bakıya dəvət edirik

COP29-la bağlı vergi güzəştlərinin tətbiqi təsdiqləndi

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilib

İqtisadiyyat naziri: Azad olunan ərazilərdə Özbəkistanla tekstil sahəsində birgə iş planlaşdırılır

Xalq artisti Yeganə Axundova Estoniyada konsert proqramı verib

Mikayıl Cabbarov: Özbəkistanla müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi işlənib hazırlanıb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Prezident İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, İran Prezidentinin və digər şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar başsağlığı verib YENİLƏNİB VİDEO

Azərbaycan parlamentində İran Prezidentinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

ATMU nümayəndələri məktəblərdə təqdimatlar ediblər

“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklər edilib

Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alınıb

Samur çayı üzərində Azərbaycan ilə Rusiya arasındakı avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşir

“Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun iclası keçirilib

Əqli Mülkiyyət Agentliyində təlim keçirilib

Sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir

Şəhidin həyat yoldaşı: Təskinlik tapırıq ki, ziyarət edəcəyimiz yer var

Azərbaycan və Qazaxıstan dəniz gəmilərinin heyət üzvlərinin diplomları qarşılıqlı tanınacaq

Dünya çempionu: Milli komandamızın Parisdə də yaxşı nəticələr qazanacağına ümid edirəm

Azərbaycan ilə Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlıqla bağlı sazişə dəyişikliklər edilib

Evdə sosial xidmət göstərilən ahıl vətəndaşın 100 illiyi qeyd edilib

Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib  YENİLƏNİB VİDEO

Naxçıvanda “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib

Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər olunacaq

Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib

“Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir” - beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

Alman iqtisadçılarının proqnozları bədbindir

® “STP Şirkətlər Qrupu” Qarabağ bölgəsində qurulan yeni stansiyanı avadanlıqla təchiz edib

AMB: Bugünkü hərracda tələb 80 milyon dollara yaxın olub

Birinci Qarabağ müharibəsində itkin düşən şəhidimiz torpağa tapşırılıb VİDEO

SXA-nın Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin beş yetirməsinə təhsil proqramı və kompüterlər hədiyyə edilib

Xalq artisti Azər Zeynalov “Gəncəyə gəlirəm” adlı solo konsert proqramı ilə çıxış edib

Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı qəbul edilib

Pakistanın Pəncab əyalətində məktəblər bir həftəlik bağlanacaq

ŞƏT Xarici İşlər Nazirləri Şurası Astanada son regional prosesləri müzakirə edir

Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər

Yüksək nəticə göstərən şagird: Uğur əldə etmək üçün nizam-intizamlı olmaq mütləqdir FOTO

Ermənistanın hakim partiyası Paşinyanın istefasını müzakirə etmək niyyətində deyil

FAO-nun Azərbaycandakı nümayəndəsi: Dünyada bitkilərin sağlamlığı çox ciddi problemlərlə üz-üzədir

DİN: Paytaxt və bölgələrdə keçirilmiş əməliyyatlar nəticəsində 46 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Azərbaycanda zərgərlik üzrə yeni dövlət standartları qəbul edilib

Daşkənddə azərbaycanlı alimin özbək dilində çap olunmuş kitabının təqdimatı keçirilib

FAO-nun nümayəndəsi: Müasir həyat tərzimiz bitkilər və onların rifahı üçün təhlükə yaradır

Qubada II Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilir

Nazir müavini: Ölkədə Eldar şamı və zeytun ağaclarında xəstəliklərin miqyasının genişlənməsi müşahidə edilir

Qazaxıstan yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb

Ötən il fitosanitar sabitliyin təmin edilməsi məqsədilə 636 min hektar sahədə müşahidə aparılıb

Peruda yol-nəqliyyat qəzası nəticəsində səkkiz nəfər ölüb

Psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı imtahanın vaxtı açıqlanıb

İlyas Əfəndiyevin 110 illik yubileyi “Boy çiçəyi” tamaşası ilə qeyd edilib

Mirzə Bala Məhəmmədzadənin “Seçilmiş əsərləri” çapdan çıxıb

® Kredit öhdəliyini “Kapital Bank”a gətirənlər üçün əlverişli təkliflər davam edir

“Formula 1”: Məktəblilər Azərbaycan Qran-Prisinə hazırlıq prosesi ilə tanış olublar