CƏMİYYƏT
Sərnişin 1130 qutu siqareti dost-tanışa hədiyyə edəcəkmiş...
Bakı, 5 mart, AZƏRTAC
Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Novruz Məhərrəmova məxsus baqaj gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda şübhəli təsvirlər görünüb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan baqaja - 2 ədəd çamadanın içərisindəki mallara təkrar baxış keçirilib. Həmin çamadanlarda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmayan 1130 qutu xarici markalı siqaret aşkar olunub.
Faktla bağlı izahatında N. Məhərrəmov baqajında aşkar olunan siqaretləri Rusiya Federasiyasından aldığını və dost-tanış üçün hədiyyə məqsədilə gətirdiyini qeyri-səmimi şəkildə bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]