CƏMİYYƏT
Sərnişinlərin baqajında soyuq silahlar aşkarlanıb
Bakı, 11 iyul, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Moskva-Gəncə, Tbilisi-Bakı və Nyu-York-Bakı aviareysləri ilə gələn Azərbaycan Respublikasının vətəndaşları gömrük nəzarətindən keçərkən onların baqajları rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda “beşbarmaq” və dəyənəyə oxşar əşyaların təsvirləri görünüb.
Təkrar yoxlama zamanı həmin vətəndaşlardan ikisinin çantasında və çamadanında hərəsində 1 ədəd olmaqla, cəmi 2 ədəd “beşbarmaq”, digər vətəndaşın çamadanında isə 1 ədəd dəyənək aşkar olunub.
Hər üç faktla bağlı araşdırma aparılır.