SİYASƏT
“Şərq Qapısı” qəzetinin 96 illiyi ilə əlaqədar proklamasiya qəbul edilib
Vaşinqton, 23 iyun, AZƏRTAC
ABŞ-ın Viskonsin ştatındakı Miluoki dairəsinin icra hakimiyyətinin başçısı Kris Abel Azərbaycanın Naxçıvan Muxtar Respublikasında dərc edilən “Şərq Qapısı” qəzetinin 96 illiyi ilə əlaqədar proklamasiya imzalayıb. Sənəddə qeyd edilir ki, 1921-ci il noyabrın 9-da təsis edilmiş bu nəşr Azərbaycanın müstəqilliyinin elan edilməsini dəstəkləyir, habelə “Şərq Qapısı” qəzetində ABŞ Prezidenti Con Kennedinin anadan olmasının 100 illiyi ilə əlaqədar məqalə dərc edilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton