DÜNYA


Şərq ulduz falı (23-29 aprel)

OĞLAQLAR az-az hallarda bəxtə düşən səmərəli bir həftəyə qədəm qoyurlar. Mühüm qərarlar qəbul edərkən ehtiyatlı və tədbirli olsanız çox şeyə nail ola bilərsiniz. Həftə sonuna yaxın üfüqdə karyera yüksəlişi perspektivləri görünəcəkdir. Lakin bu fürsəti əldən verməmək üçün sevincdən başınızı itirməməlisiniz. Hər şeyi sakit düşündükdən sonra qəti qərar vermək lazımdır.
DOLÇALAR emosiya və davranışlarına nəzarət etmək üçün əlindən gələni etməlidirlər. Bu həftə müxtəlif ziddiyyətli vəziyyətlərlə üzləşə bilərsiniz. Gələcəyiniz, ilk növbədə karyeranız indi özünüzü necə aparacağınızdan asılıdır. Rəhbərlik sizə yeni vəzifə verməyə artıq hazırdır.
BALIQLARIN bu həftə dostlara ehtiyacı olacaqdır, çünki qəfildən ortaya çıxan qayğı və problemlərin öhdəsindən onların köməyi olmadan gələ bilməyəcəklər. Son günlər iş yerinizdə hökm sürən sakitlik avral vəziyyətlə əvəzlənəcəkdir. Odur ki, əvvəlcədən özünüzü gərgin işə hazırlamalısınız. Ola bilsin, unudulmuş köhnə borcunuzu qaytaracaqlar.
QOÇLAR həmkarlarla münasibətlərdə son dərəcə ehtiyatlı olmalıdırlar. Çünki onlar istəmədən sizi pis vəziyyətdə qoya, yaxud da lüzumsuz maliyyə riskinə təhrik edə bilərlər. Həftənin səmərəli olması üçün planlarınızı gizli saxlamalısınız. Onda vaxtı gələndə onları çox səmərəli şəkildə həll edəcəksiniz.
BUĞALAR bu həftədən etibarən öz peşəkarlıq səviyyələrini və vərdişlərini artırmağa vaxt ayırmalıdırlar. Əldə edəcəyiniz təcrübə gələcəkdə gərəyiniz olacaqdır. Bu fürsəti əldən verməyin, yoxsa sonradan çox təəssüflənəcəksiniz. Daldan atılan daş isə topuğa dəyər.
ƏKİZLƏR bu həftə dostlarına və işgüzar tərəfdaşlarına çox vaxt ayırmalıdırlar. Tezliklə onların köməyi ilə maraqlı perspektivləriniz olacaq, cəlbedici təkliflər alacaqsınız. Bu isə yeni qazanc mənbələri deməkdir. Siz, həmçinin görəcəksiniz ki, rəhbərlik əvvəlkitək sizi yüksək qiymətləndirir və ideyalarınıza hörmətlə yanaşır.
XƏRÇƏNGLƏR bu həftə işlə bağlı cəlbedici təklif alacaqlar. Lakin razılıq verməmişdən əvvəl hər şeyi əsaslı götür-qoy etməlisiniz. Ən başlıcası rəhbərliklə münaqişəyə girməyin, çünki bütün planlarınıza arzuolunmaz düzəlişlər etməli olacaqsınız, qarşınızdakı əngəllərin sayı isə şirəyə daraşan qarışqa kimi durmadan artacaqdır.
ŞİRLƏR əlverişli vəziyyətin tam mərkəzində olacaq, ən cəsarətli planlarını həyata keçirə biləcəklər. lakin əgər hansısa məqamda işləriniz tərs getsə, yenə də sakitliyinizi və təmkininizi pozmayın, ruhdan düşməyin. Maliyyə durumunuz yaxın vaxtlarda xeyli yaxşılaşacaqdır.
QIZLAR yeni maraqlı iş təklifi ala bilərlər. Ola bilsin, mühüm bir layihəyə rəhbərliyi sizə etibar edəcəklər. İndiyədək əldə edə bilmədiyiniz bir zirvəni fəth etmək üçün əla fürsətdir. Öz gücünüzə inanın. Onda sürətlə irəliləməyiniz üçün qarşınızdakı bütün əngəllər qalxacaqdır.
TƏRƏZİLƏRİN özləri üçün açacaqları yeni imkanlar bütün işlərində müsbət nəticələrə nail olmalarına kömək edəcəkdir. Cazibədarlığınız və insanlarda rəğbət oyatmaq bacarığınız sayəsində dəfələrlə diqqət mərkəzində olacaqsınız. Bu ünsiyyət sayəsində çoxlu maraqlı informasiya əldə edəcəksiniz.
ƏQRƏBLƏRİN işgüzar görüşləri və danışıqları çox səmərəli şəkildə keçəcəkdir. Ulduzlar yaxşı əhvalda olacağınıza zəmanət verir. Problemlər sizə asan həll edilə bilən boş məsələlər təsiri bağışlayacaqlar. Hər bir işdə ardıcıllığa riayət edin ki, xoşagəlməz hallardan uzaq olasınız. Yalnız haqlı olduğunuzu sübuta yetirə biləcəyiniz təqdirdə riskə gedə bilərsiniz.
OXATANLAR bütün həftəni sakit əhvalda keçirəcəklər. İşlərinizi təlaşa və tələskənliyə yol vermədən görməlisiniz. Yoxsa, onları böyük çətinliklə başa çatdıracaqsınız. Hər bir iş sizdən böyük diqqət, cəsarət və qətiyyət tələb edəcəkdir. Gücünüz aşıb-daşır. Odur ki, hər bir işdə uğur qazanmaq şansını əldən verməyin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.