DÜNYA


Serqey Lavrov: Rusiya “Türk axını” layihəsi üçün Avropa İttifaqından zəmanət gözləyir

A+ A

Bakı, 25 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

Rusiya öz təbii qazını zəruri zəmanət təmin olunacağı təqdirdə “Türk axını” qaz boru kəməri (Turkish Stream) ilə Avropaya çatdırmağa hazırdır.

AZƏRTAC “ria.ru”ya istinadla xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Serqey Lavrov səsləndirib.

Türkiyə və Rusiya arasında layihə üzrə hökumətlərarası sazişin imzalandığını xatırladan S.Lavrov müqavilə çərçivəsində inşa ediləcək bir boru kəmərinin Yunanıstandan keçməklə Avropaya çatdırılmasının planlaşdırıldığını bildirib.

“Cənub axını” layihəsinin müvəffəqiyyətsiz olduğunu xatırladan nazir deyib: “Buna görə də Avropadan təkcə kağız üzərində, yəni rəsmi zəmanətlərin alınacağı təqdirdə “Türk axını” layihəsi üzrə bir boru kəmərinin Avropaya çatdırılması real ola bilər”.

Rusiyanın enerji nəhəngi “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller isə dünən Rusiya Prezidenti Vladimir Putin ilə görüşündən sonra deyib: “Son proseslər çərçivəsində “Türk axını” üzrə planlaşdırılan iki boru kəmərinin tikintisi işlərinin 2019-cu ilin sonunda tamamlanması nəzərdə tutulur”.

Xatırladaq ki, İstanbulda keçirilən XXIII Dünya Enerji Konqresi çərçivəsində oktyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin görüşündə “Türk axını” qaz boru kəməri layihəsi üzrə hökumətlərarası saziş imzalanıb. Sazişi Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak və Rusiyanın energetika naziri Aleksandr Novak imzalayıb. “Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.