Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şərqin istedadlı qadınları: Rusiyanın və Azərbaycanın gələcəyi kimin əlindədir?

Şərqin istedadlı qadınları: Rusiyanın və Azərbaycanın gələcəyi kimin əlindədir?

Moskva, 25 noyabr, AZƏRTAC

Azərbaycanın uğurlu və fəal qadınları qonşu ölkələr arasında mədəni və tarixi körpülər yaradır. Müasir dünyada qadının vəziyyəti ölkənin inkişafı barədə mühakimə yürütməyə əsas verən göstəricilərdən biridir. Bu gün Azərbaycanı çox mütərəqqi dövlət adlandıranlar haqlıdırlar: burada qadınların biznes, elm və incəsənətlə məşğul olmağa, bu sahələrdə inanılmaz uğurlar qazanmağa tam haqqı var. Bəzən onlar nəinki həmvətənləri arasında, hətta bütün dünyada məşhur olur.

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RAD Mərkəzi) saytında dərc edilmiş məqalə bu barədədir.

Məqalədə qeyd edilir ki, bu fikri təsdiqləyən saysız-hesabsız misallar göstərmək olar. Rəssam və ictimai xadim Aydan Salahovanın 1992-ci ildə Moskvada açdığı qalereya bu gün Rusiyada müasir və aktual incəsənətlə məşğul olan ən nüfuzlu özəl qalereyalardan biridir. Dünya şöhrətli virtuoz skripkaçı Sabina Rakçeyeva Avropa Mədəni Parlamentinin üzvüdür. O, Culyard İncəsənət Məktəbini bitirmiş və Londonda doktorluq dərəcəsi almış ilk azərbaycanlı qadındır. Rusiyada və bütün dünyada opera sərrafları Dinara Əliyevanı çoxdan tanıyır və sevirlər. Dinara Əliyevanın istedadını Monserrat Kabalye “tanrı vergisi” adlandırıb. Onun səsinin qeyri-adi tembri milyonlarla dinləyicini valeh edib. Məşhur Vyana operası onu dəfələrlə aparıcı partiyaları oxumağa dəvət edib. 2010-cu ildən Böyük Teatrın solisti olan D. Əliyeva bu il Moskvada öz festivalını keçirir. O, RAD Mərkəzinin jurnalistinə müsahibəsində deyib ki, qazandığı uğurların təməli vətəni Bakıda qoyulub.

Dinara Əliyeva deyir: “Moskva şəhəri mənə çox şey verib, mənim yaradıcılıq imkanlarımı üzə çıxarıb. Mənim müğənni kimi formalaşmağım Bakıda başlanıb. Səs ilə işləməyin əsaslarını Konservatoriyada müəllimim olmuş Xuraman Qasımovadan öyrənmişəm. Təəssüf ki, indi müəllimlik fəaliyyəti ilə az məşğul olan Gulya xanım Martınova mənə səhnədə yaşamağı öyrədib. Məhz onun sayəsində bu gün mən heç nədən qorxmuram, istənilən obrazı yarada bilərəm. Tənqidçilərin qeyd etdikləri tembr də yəqin ki, mənim doğulduğum yerlə bağlıdır. Bakı günəşli şəhərdir, dəniz, cənub iqlimi – bütün bunlar əsasdır, təməldir. Qalan məsələlər təcrübədə yaranır”.

Uğurlu və fəal qadınların daha bir parlaq nümunəsi Azərbaycan Prezidenti İlham Əliyevin qızı Arzu Əliyevadır. Onun fəaliyyət sahələrindən biri – milyonlarla tamaşaçıya Azərbaycanın tarixi və mədəniyyəti barədə söhbət açan tədris yönümlü sənədli filmlərə prodüserlik etməkdir. Arzu Əliyevanın ən böyük, mühüm və uğurlu layihələrindən biri bu il may ayında– Rusiya və Azərbaycan Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyini qeyd edən vaxt yaradılıb. 9 May günü ərəfəsində prodüseri Arzu Əliyeva olan “Hədəf – Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı sənədli film 26 ölkədə nümayiş etdirildi. Filmin çəkilişi Bakı Media Mərkəzi və Fransanın sənədli filmlər sahəsində ixtisaslaşmış məşhur “Clarke Costelle&Co” şirkəti tərəfindən aparılıb. Bu lentin çəkilməsi üçün altı ölkənin arxivlərindən götürülmüş 200 saatlıqdan artıq videomaterial bərpa edilib. Tamaşaçılar bu materialların çoxunu ilk dəfə görüblər. Filmi yaradanlardan biri – Lui Vodevil sonradan qeyd edib ki, bu film, heç şübhəsiz kinematoqraf tarixinə daxil olacaq və bu, o cümlədən çəkilişlərdə Arzu Əliyevanın fəal köməyi sayəsində mümkün olub.

Arzu Əliyeva deyir ki, kinematoqrafçıların işinə kömək etməklə o, müharibənin ağrı-acısını yaşamış insanlara hələ uşaqlıq dövründən bəslədiyi dərin hörmətini bildirmək və təcəssüm etmək istəyib. Üstəlik, bu film ümumi qələbənin qazanılmasında Azərbaycanın böyük rolunu tamaşaçıya göstərir. Özünün ən güclü layihələrindən biri haqda söhbət açan Arzu Əliyeva deyir: “Azərbaycandan 700 min nəfər cəbhəyə gedib, Onlardan 400 mindən çoxu döyüş meydanında həlak olub. Bizim neftçilər arxa cəbhədə çalışırdılar, döyüşlərdə iştirak etmiş hər on tankdan, hər on təyyarədən yeddisi Bakıda hasil edilən yanacaqla işləyirdi. O illərdə Azərbaycan xalqının qəhrəmanlığı heç vaxt unudulmayacaq”.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev qeyd edir ki, “Hədəf – Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi Rusiya cəmiyyətində ciddi rezonans doğurub. Deputat deyir: “Qələbənin yubileyi ərəfəsində biz tarixi təzədən yazmaq və bizim adamları sovet xalqının qəhrəmanlığını unutmağa məcbur etmək cəhdləri ilə üzləşdik. “Hədəf – Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi o illərin hadisələrini: insanların nəyə görə məhv edildiyini, faşizm qalib gələcəyi halda bütün dünyanı hansı təhlükə gözlədiyini aşkar nümayiş etdirdi. Arzu Əliyevanın rəhbərlik etdiyi bu layihə, şübhəsiz, bizim xalqlarımız üçün, tarixi yaddaşımızın qorunub saxlanması üçün və deməli, gələcəyimiz üçün çox böyük əhəmiyyət kəsb edir. Bunu yüksək qiymətləndirmək lazımdır”.

RAD Mərkəzinin direktoru Nataliya Krasovskayanın fikrincə, bu gün Azərbaycan dövlətin ölçülüb-biçilmiş siyasəti sayəsində, ənənələrlə tərəqqinin əlaqələndirilməsi sayəsində qadınların öz qabiliyyətini tam reallaşdırmaq, öz istedadını üzə çıxarmaq, aktiv ictimai fəaliyyətlə məşğul olmaq imkanlarını göstərən nadir nümunədir. Ekspert bildirir ki, bu, həm sevindirici, həm də faydalı məsələdir. O deyir: “Qadınlar təbiətən dialoqa, əməkdaşlığa, körpülər yaratmağa meylli olur. Onlar öz fəaliyyətində uğurlar qazananda həmişə sülhə və dostluğa, xeyirxahlığa, cəmiyyəti sağlamlaşdırmağa çalışırlar. Dinara Əliyevanın festivalı yeni istedadları, o cümlədən Azərbaycandan olan istedadlı insanları rusiyalı tamaşaçılara tanıdır. Arzu Əliyevanın filmi əcdadlarımızın rəşadətlərini bizə xatırladır. Yaradıcılıqda özünü tapmış istedadlı insanların ölkələrimizin rahat gələcəyini necə yaratmalarına aid onlarca başqa misallar göstərmək olar”.

Fəridə Abdullayeva

AZƏRTAC—ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər