ELM VƏ TƏHSİL


Şərqşünas alimin Mərakeş poeziyasından tərcümə kitabı nəşr edilib

A+ A

Bakı, 3 fevral, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mahir Həmidov Mərakeş Krallığının ölkəmizdəki sabiq səfiri, yazıçı, şair, siyasi elmlər doktoru Həsən Haminin “Xəzərin nəğmələri” şeirlər kitabını ərəb dilindən Azərbaycan dilinə tərcümə edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitaba yazdığı “Ön söz”də Həsən Hami üçüncü şeir divanını Azərbaycanda, Xəzər dənizindən ilhamlanaraq yazdığını qeyd edir. Nəşrdə İçərişəhər, Qız qalası, muğam və digər milli atributlarımızdan geniş istifadə edilib.

Kitabda “Bakı”, “Əsatir”, “Ən gözəl səfər”, “Fərqli baxış”, “Əgər bilmək istəsən” və digər şeirlər verilib.

“Ön söz” və şeirlər həm ərəbcə orijinalda, həm də Azərbaycan dilinə tərcümədə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.