CƏMİYYƏT


Sertifikasiyadan keçməyən tibb işçilərinin fəaliyyətinə icazə verilmir

A+ A

Bakı, 1 oktyabr, AZƏRTAC

Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. İndiyədək 26860 həkimə və 38000 orta tibb işçisinə imtahana buraxılış vərəqəsi verilib.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, 2011-ci ilin yanvar ayından ali tibb mütəxəssislərinin, 2012-ci ildən isə orta tibb işçilərinin sertifikasiya prosesi aparılır. Bu günə kimi 22614 ali və 32272 orta tibb işçisinə sertifikasiya şəhadətnaməsi verilib. İmtahanlardan keçə bilməyən və yaxud müxtəlif səbəblərdən imtahana gəlməyənlər sertifikasiya prosesində iştirak edən ali tibb təhsilli mütəxəssislərin təxminən 15-18 faizini, orta tibb işçilərinin isə 15 faizini təşkil edir.

Ötən illər ərzində sertifikasiya prosesinin keçirilməsi nəticəsində səhiyyə sisteminin inkişafına, əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasına əhəmiyyətli töhfələr verə biləcək nailiyyətlər əldə olunub. Bütün ölkə səhiyyəsi üçün çox əhəmiyyətli addım olan bu layihə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli Fərmanı və Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nı rəhbər tutaraq həyata keçirilir. 2011-ci ilin yanvar ayından ali tibb mütəxəssislərinin, 2012-ci ildən isə orta tibb işçilərinin sertifikasiya prosesi aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.